İnternet |
---|
İnternet portalı |
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir.[1] Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir.
Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir.
Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt.
Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.[2]